Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 11:22
"Portu"nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədliyini açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb. Bildirilib ki, qurumun hazırkı prezidenti Luis Rubiales ispan qolkiperin namizəd olmasından narahatdır.
Xəbərdə futbolçu karyerasını başa vurduğunu açıqlayacağı gözlənilən Kasilyasın Rubialesə qarşı gələcək mübarizədə keçmiş komanda yoldaşlarından dəstək təmin etmək məqsədi ilə onlarla görüşdüyü vurğulanıb. Bundan əvvəl Kasilyasın Rubialeslə münasibətlərinin pisləşdiyi barədə xəbərlər yayılıb.
Seçkilər bu ilin payızında keçiriləcək.
Qeyd edək ki, İker Kasilyas 2019-cu ilin may ayında infarkt keçirib. İndiyə kimi o, matçlarda iştirak etməyib.