Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 21:12
Braziliyada şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub.
Sonxeber.net xəbər verir ki, təbii fəlakət daha çox San-Paulu ştatına ziyan vurub.Tələfat barədə məlumat olmasa da, çox sayda insanın xəsarət aldığı dəqiqdir. Onlarla ev sıradan çıxıb. Xilasedicilər dağıntılar altında insanların qalıb-qalmadığını nəzərdən keçirir.
Yerli mənbələrin məlumatına görə, bu son 37 ildə ölkədə baş verən ən böyük torpaq sürüşməsidir. Həmçinin şiddətli yağışların səbəb olduğu sel nəticəsində yüzlərlə ev suya qərq olub. (publika.az)