Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Windows 7” istifadəçiləri yeni problemlə üzləşiblər

“Windows 7” istifadəçiləri yeni problemlə üzləşiblər

Tarix: 13 Fevral 2020 07:12

"Windows 7" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların istifadəçiləri kompüterin söndürülməsi və ya yenidən yüklənilməsi zamanı ekranda "You don't have permission to shut down this computer" ("Sizin bu kompüteri söndürmək hüququnuz yoxdur") bildirişinin görünməsi ilə bağlı problemlə üzləşiblər.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, son bir neçə gündə "Reddit", "Twitter" kimi sosial şəbəkələrdə bununla bağlı şikayətlər dərc edilir və müzakirələr aparılır.

"Microsoft" şirkəti problemin mövcudluğunu etiraf etməsə də, istifadəçilər tərəfindən məsələ ilə əlaqədar bir sıra fikirlər irəli sürülür. Onların fikrincə, nasazlıqla bağlı mümkün səbəblərdən biri qrup şəklində siyasətdə "User Account Control" ("Hesabların idarə olunması") təhlükəsizlik komponentinin düzgün işləməməsi ilə əlaqədar ola bilər.

"Microsoft" tərəfindən məsələyə rəsmi reaksiyanın verilməməsinə görə istifadəçilər problemin müvəqqəti həlli üçün öz variantlarını təklif edirlər. Məsələn, bu üsullardan birini "Quick Heal" (üsul yalnız Windows 7 Professional, Ultimate və Enterprise versiyaları üçün işləyir) qrupu dərc edib.

İkinci təklif edilən metod daha bir inzibatçı hesabının yaradılmasını, onda (və ya sistemdə mövcud olan digər hesabda) avtorizəni, inzibatçının defolt hesabında təkrar avtorizəni və kompüterin söndürülməsini və ya yenidən işə salınmasını nəzərdə tutur. Lakin qeyd olunan əməliyyatları fərdi kompüterin yenidən yüklənilməsi və ya söndürülməsi zamanı hər dəfə təkrar etmək tələb olunur.

Öz növbəsində bir sıra istifadəçilərin məlumatına görə, problemi "CTL ALT DEL" birləşməsi və ekranın sağ küncündə yerləşən qırmızı işarənin üstünə basmaqla həll etmək mümkündür.


Etiketlər:  Windows istifadəçiləri yeni problemlə üzləşiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ