Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 09:00
Tayvanın "Compal Electronics" şirkəti korpusdan ayrılmadan portret rejiminə keçərək (istifadəçi ekranı sağ alt küncdən qaldıra bilər) 14 düymlük döndərilən "OLED" ekrana malik "PivoBook" adlı noutbuk hazırlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, çəkisi 1,5 kiloqram təşkil edən qurğu böyük sensor ekranla təchiz edilib. Onun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Noutbukun seriyalı istehsalı planlaşdırılsa da, "Compal Electronics" brendi ilə buraxılmayacaq. Qiyməti hələlik açıqlanmayan yeni qurğunun bu il digər adla Asiya və Şimali Amerikada satışa çıxarılacağı gözlənilir.