Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

Azərbaycan və Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

Tarix: 21 May 2019 21:54

Bakı. Sara İsrafilbəyova, Ayşəm Rüstəmova - Trend:

Azərbaycan və Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Bunu Trend-ə Azərbaycanın Avstraliyada Ticarət Palatasının prezidenti Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, 2019-cu ilin əvvəlində ölkələr arasında turizm əlaqələrinin inkişafı ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilib və əməkdaşlıq məsələləri müzakirə olunub.

Palata rəhbərinin sözlərinə görə, Azərbaycanla Avstraliya arasındakı münasibətlər bütün istiqamətlərdə, əsasən də kənd təsərrüfatı və tikinti sahələrində inkişaf edir.

N.Cəfərov xatırladıb ki, 2019-cu ilin fevralında Milli Məclisin deputatı Xanlar Fətiyevin rəhbərliyi ilə nümayəndə heyəti Avstraliyaya səfər edib. O qeyd edib ki, nümayəndə heyətinin tərkibində deputat Asim Mollazadə də yer alıb.


Etiketlər:  Azərbaycan Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ