Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 11:20
"İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın paytaxtı Romada Avropa çempionu olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov deyib. O bildirib ki, gözləmədiyi halda çempion olub.
"İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, cənab prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam"