Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qəbələ" ilə xal fərqini artırmalıyıq" - Rahid Əmirquliyev

Tarix: 14 Fevral 2020 16:34

"Səbail"in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 17-ci turunda "Qəbələ" ilə keçiriləcək oyun haqda danışıb.

Qol.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında sonuncu pillədə olan rəqiblə xal fərqini artırmalı olduqlarını bildirib:

"Komandada hamı "Keşlə"yə qarşı oyunda qazandığımz üç xal ilə razıdır. Növbəti oyunlarda da, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fkirlərimiz növbəti turda "Qəbələ" ilə matça yönəlib. Bu, bizim üçün vacib oyundur, "Qəbələ" ilə xal fərqini artırmalıyıq".

Qeyd edək ki, fevralın 16-da keçiriləcək "Səbail" - "Qəbələ" matçı saat 16:30-da başlayacaq.
 


Etiketlər:  Qəbələ ilə xal fərqini artırmalıyıq Rahid Əmirquliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ