Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada avtoqəzada “QAZel” yanıb, altı nəfər ölüb

Rusiyada avtoqəzada “QAZel” yanıb, altı nəfər ölüb

Tarix: 14 Fevral 2020 18:00

Rusiyanın Tambov vilayətində "QAZel" markalı avtomobilin yük maşını ilə qarşı-qarşıya toqquşması nəticəsində altı nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər "QAZel"-in sürücüsü və sərnişinləridir. Yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın səbəbi araşdırılır.

İlkin versiyaya görə, qəza "QAZel" markalı nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq qarşı yol çıxması nəticəsində baş verib.  

Zərbənin təsirindən "QAZel" yanıb, avtomobildəkilər hamısı yerində ölüb.

Milli.Az


Etiketlər:  Rusiyada avtoqəzada QAZel yanıb altı nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ