Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 18:44
Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qarri Rodriqes sıradan çıxıb.
O, komandanın son məşqlərindən birində zədələnib. Müayinə nəticəsində 29 yaşlı futbolçunun sol bud əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Klubdan verilən məlumata görə, Rodriqes azı 2-3 həftə istirahət edəcək. Onun fevralın 23-də keçiriləcək "Qalatasaray"la derbini də buraxması ehtimal olunur.
Bu mövsüm "Fənərbaxça"da 20 oyuna çıxan Rodriqes, 3 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.