Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bin Salmanı ingilis klubunu almağa bu xanım razı salıb - FOTO

Bin Salmanı ingilis klubunu almağa bu xanım razı salıb - FOTO

Tarix: 14 Fevral 2020 18:56

ABŞ-ın investisiya mütəxəssisi Karla DiBello Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı İngiltərənin "Nyukasl Yunayted" klubunu almağa inandırıb.

Milli.Az Baki.ws-ə istinadən xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

35 yaşlı Karla DiBello Səudiyyə İnvestisiya Fondunun (PIF) 343 milyon funt-sterlinq təklifini ingilislərə çatdırıb.

Qeyd edək ki, DiBellonun PİF-in başında duran Yasir əl-Rumayyan ilə yaxın münasibətdə olduğu deyilir. Evli olan Yasir əl-Rumayyanın ara-sıra qolf oynadığı və DiBello ilə nahar etdiyi bildirilir.

DiBello və ər-Rumayyan oktyabrda vəliəhd şahzadə Məhəmməd bin Salmanın lüks yaxtasında görüşüblər. Vəliəhd şahzadənin "Nyukasl"dan əvvəl İngiltərənin digər klubu "Mançester Yunayted"lə maraqlandığı məlumdur.

Milli.Az


Etiketlər:  Bin Salmanı ingilis klubunu almağa bu xanım razı salıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ