Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 07:56
ABŞ hakimiyyəti və radikal "Taliban" hərəkatının nümayəndələri tərəfindən Əfqanıstanda "zorakılıq səviyyəsini azaltmaq" barədə razılaşma siyasi həll yolunda ilk addımdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Ordu Naziri Rayan Makkarti Vaşinqtonda Milli nəşriyyat klubunda çıxışı zamanı bildirib.
ABŞ rəsmilərinin sözlərinə görə, nizamalamalar "çox tezliklə" qüvvəyə minə bilər. Danışıqlar mövzularından birinin ölkənin gələcək siyasi quruluşu olacağı gözlənilir. Razılaşmalar həmçinin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına şərait yarada bilər.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqton və "Taliban" arasında tezliklə sövdələşmənin elan edilə biləcəyini söyləyib. Amerika lideri əlavə edib ki, ABŞ Əfqanıstandan "hərbiçilərini vətənə qaytarmaq istəyir".