Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak oldu

Əfqanıstanda hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak oldu

Tarix: 15 Fevral 2020 13:50

Cümə günü axşam Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinə endirilən hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, vilayətin qubernatoru Attaulla Xoqyani hava zərbələrinin Karak kəndinə endirildiyini deyib.

Onun sözlərinə görə, yerli sakinlər bazardan gələrkən atəş altına düşüblər.

Ölkənin Müdafiə Nazirliyi isə əfqan hərbçilərin son sutka ərzində beş hava zərbəsi həyata keçirdiklərini qeyd edib.

Hava zərbələri nəticəsində altı Taliban döyüşçüsünün öldüyü, dördünün yaralandığı bildirilir. 

Milli.Az


Etiketlər:  Əfqanıstanda hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak oldu


RƏYLƏR