Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 11:16
“Bizim üçün asan oyun olmadı. Rəqibin heyətində meydana çıxan bəzi oyunçular əsas komandanın üzvləridir. Onlar çempionatda mütəmadi oynayan kifayət qədər təcrübəli futbolçulardır. İlk hissədə hesabda geri düşdük. Rəqib fasiləyədək cəmi bir qol imkanı yaratdı, ondan da maksimum istifadə etdi".
Qol.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Sloveniyada təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə oyundan (1:1) sonra AFFA-nın saytına deyib.
"İkinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi, oyun intizamından qopmadıq. Fasilədən sonra oyuna və topa tam nəzarət edə bildik. Xüsusən, müdafiədə yaxşı çıxış etdik, heç bir səhvə yol vermədik. Rəqib kobud oyuna üstünlük versə də, biz sonadək mübarizə apardıq, əsl əzmkarlıq nümayiş etdirdik və lazım olan qolu vurduq” - deyə o bildirib.