Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdamda düşmən hərbi qulluqçusu Hayk Əsriyanın başını güllə dağıtdı - İŞĞALÇI QÜVVƏLƏRDƏ İNTİHAR DALĞASI

Ağdamda düşmən hərbi qulluqçusu Hayk Əsriyanın başını güllə dağıtdı - İŞĞALÇI QÜVVƏLƏRDƏ İNTİHAR DALĞASI

Tarix: 15 Fevral 2020 16:20

Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında daha bir ölüm hadisəsii baş verib.

Sonxeber.net Virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün fevralın 14-də axşam saatlarında təmas xəttinin şərq istiqamətində (Ağdam) müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Hayk Əsriyan "naməlum şəraitdə aldığı" güllə yarasından ölüb. Hadisə yerində istintaq qrupu işləyir və hərbçinin güllə yarasını hansı şəraitdə aldığı daha sonra açıqlanacaq. Lakin çox güman ki, söhbət növbəti intihar hadisəsindən gedir. Bir qayda olaraq Ermənistanın istintaq orqanları və Müdafiə Nazirliyi bu cür hallarda yaydıqları ilk açıqlamada " naməlum şəraitdə" ifadəsini işlədir.

23 yaşlı Əsriyan Yerevan sakini olub.

Qeyd edək ki, son vaxtlar düşmən ordusunda bir-birinin ardınca intiharlar, habelə əsgərlərin bir-birini güllələməsi halları baş verməkdədir. Sonuncu dəfə iki gün əvvəl Qarabağda təqribən bir saat fasilə ilə iki erməni hərbi qulluqçusu başlarından güllə vuraraq intihar etmişdi.

Rəsmi məlumatlara görə 2020-ci ilin əvvəllərindən Qarabağda erməni işğalçı qüvvələrinin sıralarında azı 9 qeyri-döyüş itkisi baş verib. Bu itkilərin səbəbi hərbi hissələrdə baş alıb gedən "dedovşina", korrupsiya, qarabağlı və ermənistanlı əsgərlər arasında sistematik münaqişələr hesab edilir.


Etiketlər:  Ağdamda düşmən hərbi qulluqçusu Hayk Əsriyanın başını güllə dağıtdı İŞĞALÇI QÜVVƏLƏRDƏ İNTİHAR DALĞASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ