Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 17:40
Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddindən bəhs edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi "5/5" verilişində qonaq olan zaman aparıcı Zaur Kamal telefon nümayiş etdirib. Xatirə isə qiyməti 4 min manat olan telefondan xoşu gəldiyini söyləyib.
İfaçının "Necə edim ki, bu telefondan məndə də olsun sözlərinə aparıcı "Axşam həyat yoldaşının qarşısında ağla, denən 3 ay maaşını yığ mənə telefon al" cavabını verib.
"Şən bazar" verilişində qonaq olan Xatirə ərinin Zaurun bu sözlərinə əsəbiləşdiyini etiraf edib:
"Yoldaşım deyir ki, dostun mənə efirdə söz atır. Özü də Zaurla Fəxrəddin bir yerdə idmana gedirlər. Deyir, Zaur söylədi ki, yoldaşın 3 aylıq maaşını yığıb telefon alsın. Ona başa sal ki, o, mənim 3 yox, yarımaylıq maaşımdır. Ona iki kəlmə sözüm olacaq".