Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 18:21
Qış aylarında ən çox qarşılaşdığımız dəri problemi quruluqdur. Üzlə yanaşı, qol və ayaq dərimiz də quruyur, çatlayır. Havaların soyuması qan dövranını azaldır və buna görə də bədənin hər yerinə qan yetəri qədər dövr etmir.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, eyni zamanda qış aylarında az su içirik. Dəri quruluğunun qarşısını almasanız, eqzemaya gətirib çıxaracaq.
Dəru quruluğuna səbəb olan amillər hansılardır:
Yetəri qədər su içməmək - gündə 1,5-2 litr su içməlisiniz.
Antioksidantlarla bəslənməmək - meyvə və tərəvəzləri qida rasionunuza çox daxil edin. A, C və E vitamini olan qidalar yeyin.
İsti su ilə vanna qəbul etmək - İsti su dərini qurudur. Buna görə də suyun ilıq olmasına diqqət edin.
Dərini kisələmək - Bu da dərini qurudur və allergiya yaradır. Dərinizə aldığınız ətirli gellər əvəzinə, apteklərdə satılan duş gellərini vurun. Əgər dəriniz çox qurudursa hamamdan çıxmadan, sulu dəriyə zeytun, arqan və ya kokos yağı çəkin.
Geyindiyiniz libas - Quru dərisi olanlar açıq bəənə yun paltar geyinməməlidir. Çalışın bədəninizə başqa materialdan paltar egyinib, üstündən yun kofta istifadə edin.
Mövsümə uyğun olmayan kremlər - Yayda istifadə etdiyiniz kosmetik vasitələri çalışın qışda vurmayın. Çünki tərkibin təsiri hava şəraitinə görə dəyişir.