Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çempionlar Liqasını qazanmağa hazır olmalıyıq'' - Klopp

''Çempionlar Liqasını qazanmağa hazır olmalıyıq'' - Klopp

Tarix: 16 Fevral 2020 16:34

"Liverpul"un baş məşqçisi Yurgen Klopp yenidən Çempionlar Liqasını qazana biləcəyi ilə bağlı suala cavab verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hazırda bu barədə düşünmədiklərini bildirib:

"Çempionlar Liqasında nə qədər irəliləyəcəyimizi bilə bilmərik, bu günə qədər bu barədə düşünməmişik. İndi yalnız diqqətimizi çərşənbə axşamı Atletico-ya qarşı keçiriləcək oyuna yönəltməliyik. Yenidən Çempionlar Liqasını qazana biləcəyimiz barədə bir fikrim yoxdur, amma buna hazır olmalıyıq. Biz keçən il göstərdik ki, ən yaxşını belə məğlub edə bilərik. Düzdür, bu, qalib gələcəyimizi ifadə etməsə də, bunu bacara biləcəyimizi göstərir".

Qeyd edək ki, Liverpool ÇL-nin 1/16 final mərhələsində Atletico ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Çempionlar Liqasını qazanmağa hazır olmalıyıq Klopp


RƏYLƏR