Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İdmançımız Avropanın ən yaxşısı seçildi - FOTO

İdmançımız Avropanın ən yaxşısı seçildi - FOTO

Tarix: 16 Fevral 2020 17:30

Azərbaycan triatlonçusu Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub.

Milli.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "Qafqazinfo"ya bildirib ki, mükafatlandırma mərasimi Belarusun paytaxtı Minskdə Avropa Triatlon İttifaqının 15-ci konfransına həsr olunmuş qala gecədə keçirilib.

2015-ci il birinci Avropa Oyunlarının bürünc medalçısı, 2016-cı ilin Avropa kubokunun qalibi, dünya kuboklarında iki dəfə nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi olan Rostislav Pevtsov bu mübarizədə digər idmançılar böyük britaniyalı Sem Dikinson və Ben Diykstranı geridə qoymağı bacarıb.

R.Pevtsov jurnalistlərə müsahibəsində Azərbaycan dövlətinə, Avropa Triatlon Federasiyasına minnətdarlığını bildirib və "Tokio-2020" Olimpiya Oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün gələcək yarışlara böyük stimul olacağını vurğulayıb.

Milli.Az


Etiketlər:  İdmançımız Avropanın ən yaxşısı seçildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ