Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qripdən qoruyan qidalar

Qripdən qoruyan qidalar

Tarix: 16 Fevral 2020 20:27

Havalar soyuyan zaman orqanizmin müqavimət qabiliyyəti azalır, izdihamlı yerlər və yorğunluq daha tez xəstələnməyə sövq edir. "Gencaile.az" bizi qripdən qoruyan və gündəlik qidalanma rasionunda yer almalı olan qidaların siyahısını təqdim edir:

Nar

Sonxeber.net gencaile.az-a istinadən bildirir ki, nar immuniteti gücləndirərək bədən müqavimətini artıran ən əhəmiyyətli meyvədir. Xüsusilə tumları ilə birlikdə yeyilməsi həzm sistemini yaxşılaşdırır. Bu isə xəstəliklərin yaranmasına mane olur. Hər gün 1/2 ədəd nar yeməklə gündəlik meyvə ehtiyacınızı ödəmiş olarsınız.

Qatıq

Probiyotik quruluşu ilə həzm sisteminin sağlamlığını qoruyaraq xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Qatığı tərəvəzlərlə qarışdıraraq salat kimi və ya şorbaya əlavə edərək də yeyə bilərsiniz. İmmuniteti yüksəltmək üçün hər gün 2 stəkan qatıq istehlak etməlisiniz.

Balqabaq

Bu qidada lifin, vitamin və mineralların dəyərləri çox yüksəkdir. Payız-qış tərəvəzi olan balqabaq xüsusən uşaqlarda, yaşlılarda və hamilələrdə xəstəliklərə qarşı bədənin müqavimətini artırmağa dəstək olur. Bədəndəki zəhərli maddələrin yaranma potensialını azaldır və xolesterini salır. Həftədə ən az 2 dəfə bişirilmiş halda yemək və ya salatlara əlavə edərək yeyilməsi lazımdır.

Sarımsaq

Sarımsaq antioksidant quruluşu ilə immunitetin güclənməsini təmin edir və sizi qripdən qoruyur. Anti-influmatuar məzmunu bakteriya və göbələk əmələ gəlməsini azaldır. Soyuq qış günlərində gümrah olmaq istəyirsinizsə, hər gün 1-2 diş sarımsağı salatlara, şorba və yeməklərə əlavə edərək yeyin.

Gül kələmi (brokkoli)

Gül kələmi immuniteti artıran vitamin və mineral tərkibi ilə orqanizmin müqavimət qabiliyyətinin də artmasını təmin edir. Xüsusilə qış aylarında qripdən qorunmaq üçün hər gün 1 kasa şorba, salat və ya tərəvəz yeməyi istehlak etməyiniz lazımdır.

Fındıq

Lif, vitamin və mineral dəyəri yüksək qidadır. Yağlı toxum qrupundan olan fındığı çəkiyə nəzarəti təmin etmək və immuniteti gücləndirmək üçün hər gün 1 ovuc istehlak etməlisiniz.

Naringi

Tərkibi C vitamini ilə zəngindir, soyuqdəyməyə və qripə qarşı müdafiə sistemimizi gücləndirir. Həmçinin bəzi qidalardan aldığımız dəmiri aktiv hala gətirərək performansını artırır. Tərkibindəki yüksək kalium təzyiqi salır. Pis xolesterini azaltmağa köməkçi kimi ürək xəstəliklərindən qoruyur.

Kivi

Bir ədəd kivi gündəlik C vitamini ehtiyacını ödəməyə yetər. C vitamini ilə yanaşı onun tərkibinə A, B1, B2 vitaminləri, fosfor, kalsium, dəmir və zülallar daxildir. Qrip və soyuqdəymə kimi qış xəstəliklərdən qoruyur, xərçəng xəstəliyini önləyici xüsusiyyətə malikdir.

Heyva

Zəngin təribinə A, B1, B2, C vitamini daxildir. Ağız qoxusunu aradan qaldırır. Qusmanın qarşısını alır. İshala yaxşı təsir edir.


Etiketlər:  Qripdən qoruyan qidalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ