Tarix: 16 Fevral 2020 21:56
“Bilirdik ki, çətin oyun olacaq. Ciddi hazırlaşmışdıq. Rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik". Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Keşlə”yə qalib gəldikləri oyundan (3:1) sora mətbuat konfransında deyib.
O, qələbəni azarkeşlərinə həsr etdiklərini bildirib: "Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik".
F.Məmmədov "Neftçi"nin hələ istənilən səviyyədə oynamadığını da əlavə edib: "Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq. Mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdim ki, bu, onların tam potensialıdır. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq".