Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 06:32
Koreya Xalq Demokratik Respublikasının (KXDR) sabiq diplomatı apreldə Cənubi Koreyada keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, KXDR-in Böyük Britaniyadakı səfirinin müavini vəzifəsində çalışarkən 2016-cı ildə Cənubi Koreyaya sığınan Te Yon-ho parlament seçkilərində başqa adla namizəd olmağı planlaşdırıb. O, Şimali Koreyanın təqiblərindən yayınmaq üçün başqa adla seçkiyə qatılmaq qərarına gəlib.
Cənubi Koreyaya sığınandan sonra ictimai işlərdə fəallıq göstərən Te Yon-ho Milli Assambleyaya keçiriləcək seçkilərdə iştirak etmək üçün fevralın əvvəlində ölkənin əsas müxalif qüvvəsi olan Koreya Azadlıq Partiyasına qoşulub. Te Yon-ho parlamentə seçilmək niyyətinin sülhə, Koreyanın birləşməsinə, cəmiyyətin inkişafına və tərəqqisinə xidmət etdiyini deyib.
Qeyd edək ki, 2018-ci ilin sonuna olan statistikaya əsasən, Şimaldan qaçaraq Cənubi Koreyaya sığınanların sayı 32,3 min nəfər olub.