Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 08:44
"Xiaomi" şirkəti sürətli "AIoT AX3600" marşrutlayıcısını təqdim edib. Qurğunun əsas xüsusiyyətləri sırasında aktual simsiz "Wi-Fi 6" standartının dəstəklənməsi, sürətli məlumat ötürmə və əhatə zonasının genişliyi qeyd olunur.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Xiaomi AIoT AX3600" routeri 2,4 QHs və 5 QHs diapazonlarında işi dəstəkləyir. Ən yüksək məlumat ötürmə sürəti 1,7 Qbit/saniyə təşkil edir. Həmçinin "MU-MIMO" texnologiyası vasitəsilə sürəti nəzəri baxımdan 2976 Mbit/saniyəyədək artırmaq mümkündür. Qurğunun əsasını 512 meqabitlik operativ yaddaş dəstəkli maksimal 1,0 QHs takt tezliyinə malik dördnüvəli məhsuldar "Qualcomm IPQ8071" prosessoru təşkil edir.
Yeni marşrutlayıcı gücləndiriciyə malik yeddi antena ilə təchiz olunub. Onlardan biri süni intellekt alqoritmlərini dəstəkləyən "Əşyalar interneti" qurğularının (AIoT) ehtiyacları üçün ayrılıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, routerin əhatə dairəsi 100 kvadratmetr sahəli mənzil üçün kifayət edir. Marşrutlayıcı "OFDMA" multipleksləşdirmə texnologiyasının dəstəklənməsi sayəsində şəbəkədə yeni qurğuları avtomatik aşkarlayır.
"AIoT AX3600" marşrutlayıcısının qiyməti təxminən 86 dollara bərabərdir. Qurğunun satışa çıxarılma vaxtı bir müddət sonra açıqlanacaq.