Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone-larda batareya ömrünü necə uzatmaq mümkündür?

iPhone-larda batareya ömrünü necə uzatmaq mümkündür?

Tarix: 20 Fevral 2020 23:20

iPhone modellərində batareyanın ömrünü uzatmaq mümkündür. Hər əməliyyat sistemi yenilənməsində olduğu kimi, iOS 13-də də batareyanın çox tez bitdiyi ilə bağlı şikayətlər var.

Milli.Az ted.az-a istinadən Apple-ın problemi həll edəcək yenilənmələri təqdim olunanadək sizə iPhone-larınızda batareya ömrünü uzadacaq ipuclarını təqdim edir.
Bu məsələdə olduğunuz yeri təyin edən tətbiqləri deaktiv saxlamaq doğru seçim kimi görünür. Batareya ömrünün uzunluğu ilə bağlı narahatlıq keçirirsinizsə, "Aşağı güc rejimi"ni aktivləşdirin. Arxa planda çalışan tətbiqlərə nəzərət edən bu xüsusiyyət əməliyyat aparılmadığı müddətdə ekranın parlaqlığını da daha tez azaldır.
Wi-Fi mobil internetdən daha az enerji istifadə edir. Ona görə də batareya ömrünü uzatmaq üçün Apple mümkün olduğunda Wi-Fi şəbəkəsinə qoşulmağı təklif edir. Evdə yaxud işdə, mobil internet və batareya ömründən qənaət edərək Wi-Fi-a qoşula bilərsiniz.
Mobil internet istifadəsi zamanı, yaxud zəif siqnal olan ərazidə ikən iPhone-lar siqnal axtardıqları ya da şəbəkəyə qoşulmağa çalışdıqları üçün batareya daha tez tükənir. Zəif mobil internetin əhatə etdiyi ərazidə yaşayırsınızsa, ən yaxşı seçim təyyarə rejimini aktivləşdirməkdir.

iPhone istifadəçiyə hansı tətbiqin daha çox enerji istifadə etdiyi barədə xəbərdarlıq edir. Batareya istifadə ilə bağlı statistikanı "Seçimlər" bölməsindəki "Batareya" sözünə toxunmaqla yoxlaya bilərsiniz.

Arxa plan yenilənməni söndürməklə yanaşı, elektron poçt tətbiqində məktublarınızı nə zaman və hansı sıxlıqla yoxlayacağınızı nizamlamaq batareya ömrünü uzatmağınıza kömək edəcək.

Tətbiqlərin göndərdiyi bildiriş sayını azaltmaq batareyaya qəanət etməyin digər yoludur. iOS 13 ilə bərabər istifadəyə verilən "Dark" rejimini açmaqla da batareya ömrünü uzada bilərsiniz. Əlbəttə, bunun üçün OLED ekrana malik iPhone X, XS, XS Max, 11 Pro, və 11 Pro Max cihazlarından birinə sahib olmalısınız.

Ekran parlaqlığını azaltmağın daha uzun batareya ömrü üçün yararlı üsul olduğunu diqqətə çatdırmaq lazımdır. Nisbətən uzun batareya ömrü üçün həm iOS əməliyyat sisteminin, həm də tətbiqlərin ən son versiyalarına sahib olmaqda fayda var.

Paylaş

Milli.Az


Etiketlər:  iPhone larda batareya ömrünü necə uzatmaq mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ