Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı

Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı

Tarix: 22 May 2019 22:00

Bakı. Elçin Mehdiyev - Trend:

Sabah Ramazan ayının 18-ci günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 23-də Bakıda imsak saat 03:33, iftar isə saat 20:13-dədir.

Ramazan ayının 18-ci gününün duası:

"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".

Tərcüməsi:

"İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini işıqlandıran Allah!"

Allah orucunuzu qəbul etsin!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ramazanın günü imsak iftar vaxtı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ