Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

239 sərnişinlə yoxa çıxan təyyarə barədə ŞOK İDDİA

239 sərnişinlə yoxa çıxan təyyarə barədə ŞOK İDDİA

Tarix: 21 Fevral 2020 03:30

Avstraliyanın keçmiş Baş naziri Toni Abbot 2014-cü ildə yoxa çıxan Malayziya hava yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı açıqlama verib.

Sonxeber.net xəbər verir ki, o bildirib ki, təyyarənin pilotu intihar məqsədiylə nəqliyyat vasitəsini okeana çırpıb. Keçmiş hökumət başçısının sözlərinə görə, Malayziyanın yüksək rütbəli nümayəndələri də pilotun intihar etdiyi ehtimalını irəli sürür. Bildirilir ki, psixoloji problemləri olan pilot, izləmə cihazını bağladığı üçün laynerin dəqiq hansı ərazidə düşdüyünü müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, Kuala-Lumpur Pekin marşrutu üzrə uçan layner 239 sərnişin ilə yoxa çıxıb. 1 ildən çox aparılan axtarışlar nəticə verməyib. Müxtəlif dövrlərdə təyyarənin tapıldığına dair iddialar yayılsa da, təsdiqini tapmayıb. (publika.az)


Etiketlər:  sərnişinlə yoxa çıxan təyyarə barədə ŞOK İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ