Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO

Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO

Tarix: 21 Fevral 2020 11:34

Tükiyənin Qaziantep rayonunda toyda faciə baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 46 yaşlı Mehmet Gökbulud qızının toy günü kürəkəni Əsər Əfsanənin boğazını kəsərək öldürüb.

O, hadisəni törədəndən sonra polisə gedərək təslim olub.

Məhkəmə prosesində həmin şəxs törətdiyi əməli tam etiraf edib. Gökbuludun ifadəsinə görə, qızı Damla Ə.Əfsanənin onu zorla qaçırdığını və ona təcavüz etdiyini deyib. Gökbulud da Ə.Əfsanəni qızının namusunu təmizləmək üçün öldürüb.

Gökbulud bəyin hadisəyə müdaxilə edən anasını da bıçaqlayıb.

Hadisə şahidlərindən biri cinayətin əvvəldən planlaşdırıldığını deyib. Onun bildirdiyinə görə, bəyin qayınanası Ayyuş Gökbulud yallı gedənlərə gözyaşardıcı qaz paylayıb və özü də hadisə zamanı havaya gözyaşardıcı qaz püskürdüb.

Məhkəmə Gökbuludun həbsdə qalmasına qərar verib. Növbəti proses 2020-ci il may ayının 5-nə təyin edilib.


Etiketlər:  Qayınata günü bəyin boğazını kəsib öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ