Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 12:56
“Barselona”nın hücumçusu Lionel Messi Argentinanın xüsusi xidmət orqanları tərəfindən izlənilib.
Qol.az “Marca”ya istinadla yazır ki, futbolçunun təqib edilməsi ilə bağlı qərarı Argentinanın sabiq prezidenti Maurisio Makri verib. O, 2015-2019-cu illərdə ölkısinə rəhbərlik edib.
Artıq Argentinanın federal hakimi Rudolfo Korral Messinin izlənilməsinin qanuniliyi ilə bağlı araşdırmaya başlayıb.
Ümumilikdə eks-prezidentin siyahısına 60 nəfər düşüb. Onların arasında Messi, həmçinin qubernatorlar, prokurorlar, hakimlər və biznesmenlər də olub.