Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır'' - Tahir Kərimli

''İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır'' - Tahir Kərimli

Tarix: 21 Fevral 2020 13:03

Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımdır.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, dövlət başçısının İtaliyada qarşılanma mərasimi İtaliyanın Azərbaycana olan yüksək etimadını nümayiş etdirdi:

"Səfər zamanı cənab Prezidenti İtaliya Prezidenti Sercio Mattarellanın qarşılaması, onun İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşləri iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir. Cənab Prezident səfər zamanı ilk olaraq dövlətinə və xalqına bağlılıq nümayiş etdirərək İtaliyada Nizami Gəncəvinin abidəsini də ziyarət etdi.

Görüşlər zamanı iki ölkə arasında 20-yə yaxın sənədin, xüsusən də hərbi əməkdaşlıq sənədinin imzalanması İtaliyanın Azərbaycana etibarlı strateji tərəfdaş olmasından xəbər verir. Dövlət başçıları, həmçinin görüş zamanı yüksək iradə nümayiş etdirərək TAP layihəsinin davam etdirilməsinə razılıq verdilər.

İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin 6 milyard avroya çatması da bunu bir daha sübut edir və İtaliyanın Azərbaycan üçün nə dərəcədə layiqli tərəfdaş olmasından xəbər verir.

Görüş zamanı imzalanan Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə qarşıdakı uzun illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəddir. Bu sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bir sözlə, cənab Prezidentin səfəri və səfər çərçivəsində imzalanan sənədlər Azərbaycanın İtaliya vasitəsilə Avropaya hərtərəfli inteqrasiyasını asanlaşdıracaq. Səfər hər iki ölkə üçün çox əhəmiyyətli idi".


Etiketlər:  İtaliya Azərbaycan üçün dünya miqyasında nömrəli tərəfdaşdır Tahir Kərimli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ