Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2019 08:16
Bakı. Trend:
Türkiyənin Mərkəzi Seçki Komissiyası İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi barədə qərarına aydınlıq gətirib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, MSK-dan bildiriblər ki, qanunvericiliyin tələblərinə baxmayaraq, İstanbulda seçki məntəqələrinin 225 rəhbəri və 3500 üzvü dövlət işçisi olmayıb.
Bunda əlavə, ölkədə bələdiyyə seçkilərinin yekun nəticələri də açıqlanıb.
Səsvermənin yekun nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası - 54,76 faiz, Cümhuriyyət Xalq Partiyasının - 17,71 faiz, Milliyyətçi Hərəkat Partiyası - 17,20 faiz, Xalqların Demokratik Partiyası - 4,21 faiz, "İYİ Parti" - 1,77 faiz, Səadət Partiyası - 1,55 faiz səs toplayıblar.
Qeyd edək ki, İstanbulda təkrar bələdiyyə seçkiləri iyunun 23-ü keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin