Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvan Ali Məclisinə yeni Aparat rəhbəri təyin edilib

Naxçıvan Ali Məclisinə yeni Aparat rəhbəri təyin edilib

Tarix: 22 Fevral 2020 12:48

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni Aparat rəhbəri təyin edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Ali Məclisin Sədri Vasif Talıbov fərman imzalayıb.

Qeyd edək ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı Sərəncamla "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


Etiketlər:  Naxçıvan Məclisinə yeni Aparat rəhbəri təyin edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ