Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sarı gödəkçəlilər"in aksiyasında 9 nəfər saxlanılıb

Tarix: 23 Fevral 2020 09:50

Fransanın şimalındakı Lill şəhərində təşkil edilən "sarı gödəkçəlilər" hərəkatının "əsas yürüş"ündə polislə toqquşma zamanı 9 etirazçı saxlanılıb.

Milli.Az bildirir ki, APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Məlumata görə, nümayişçilərlə qarşıdurma zamanı azı bir asayiş keşikçisi də yaralanıb.

Televiziya kanalı hadisənin təfərrüatları barədə məlumat verməyib. Öz növbəsində, "France Bleu" radiostansiyası bildirib ki, üzlərini şarf və maskalarla gizlədən gənc qruplar bir avtomobili çeviriblər və dəmir maneələrdən barrikadalar qurublar. Hüquq mühafizə orqanlarının əməkdaşları cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər.

Milli.Az


Etiketlər:  Sarı gödəkçəlilərin aksiyasında 9 nəfər saxlanılıb


RƏYLƏR