Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır

Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır

Tarix: 23 Fevral 2020 13:22

Bloomberg 2020 ildə dünyanın ən varlı məhəllələrinin siyahısını yayımlayıb.

Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, Kaliforniyada Silikon vadisi yaxınlığında yerləşən Atherton məhəlləsi adambaşı 525 min 324 dollar illik gəlirlə ardıcıl 4-cü dəfədir ABŞ-ın ən varlı məhəlləsi olub.
2017-ci ildən bəri bu yana yayımlanan siyahıda ilk dəfə bir məhəllədə adambaşına düşən illik gəlir 500 min dolları ötüb. Sözügedən məhəllədə Silikon Vadisindəki şirkətlərin rəhbərləri və ya yüksək vəzifəli şəxsləri yaşayır.

Milyarderlərin yaşadığı, lüks idman avtomobilləri, hovuzlu villalar və tennis kortları ilə diqqət çəkən Athertonda ən ucuz evin qiyməti isə 2,5 milyon dollar dəyərindədir.

Hillsborough və Los-Altos Hills məhələləri isə 430 min 681 və 405 min 73 dollarlıq illik gəliri isə siyahının üçüncü və beşinci sıralarında yer alıb.


Etiketlər:  məhəllədə ildə dollar qazanan kasıb sayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ