Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 17:46
Türkiyə vaxtı ilə saat 15:40-da Manisa şəhərində Rixter şkalası üzrə 4,8 bal gücündə zəlzələ olub.
Sonxeber.net bildirir ki, APA-nın Boğaziçi Universitetinin Kandilli Rəsədxanası, Zəlzələ Araşdırma İnstitutuna istinadla verdiyi xəbərə görə, episentri Akhisar rayonunda olan zəlzələ yerin 8,6 kilometr dərinliyində qeydə alınıb.
Təkanlar İzmirdə də hiss edilib.