Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 20:46
İranın Qərbi Azərbaycan vilayətində 5,7 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, zəlzələ fevralın 23-ü yerli vaxtla saat 19:30-da qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkanların ocağı 28 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri Zәrabad şәhәrindәn 21 kilometr məsafədə olub.
İnsan itkisi haqda məlumat verilməyib.
Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.