Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 14:58
Futbol üzrə İtaliya A Seriyasında növbəti - 26-cı turun oyunları təxirə salına bilər.
Sonxeber.net sport24.az-a istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusun yayılmasıdı.
Yerli mətbuata danışan İtaliyanın baş naziri Cüzeppe Konte, koronavirus səbəbindən növbəti turun oyunlarının təxirə salına biləcəyini bildirib:
"Düşünmürəm ki, bir həftəyə koronavirusun yayılmasını ləngidə biləcəyik və təxirə salınan oyunları keçirəcəyik. Vəziyyəti daim izləyirik, son durumu qiymətləndirəcəyik. Növbəti turun oyunlarının təxirə salınmasını nəzərdən keçirəcəyik".
A Seriyasının 25-ci turunun "Atalanta" - "Sassuolo", "Torino" - "Parma", "Verona" - "Kalyari" və "İnter" - "Sampdoriya" matçları koronavirus təhlükəsi səbəbiylə təxirə salınıb.
Artıq İtaliyada yüz nəfər koronavirusa yoluxub. Xəstəlik səbəbindən üç nəfərin öldüyü bildirilir.