Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qattuzo ''Barselona'' ilə oyun haqda - ''Qorxmamalıyıq''

Qattuzo ''Barselona'' ilə oyun haqda - ''Qorxmamalıyıq''

Tarix: 24 Fevral 2020 18:50

Güclü komanda ilə qarşılaşacağıq. Bilirik ki, çətin olacaq. Ancaq mən və komandam fəxr edirik ki, son 15 ildə dünyanın ən güclüsü olan klublardan biri ilə qarşılaşacağıq.

Sonxeber.net qol.az-aq istinadən xəbər verir ki, bu sözləri "Napoli"nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə keçiriləcək qarşılaşma haqda danışarkən deyib.

İtaliyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında rəqib haqda müsbət fikirlər səsləndirməklə yanaşı Kataloniya klubundan çəkinməməli olduqlarını da bildirib: "Qorxmamalıyıq, ancaq rəqibə hörmətlə yanaşmalı, öz futbolumuzu ləyiqli şəkildə  oynamalıyıq".

Qeyd edək ki, fevralın 25-dən 26-na keçən gecə Neapolda keçiriləcək "Napoli" - "Barselona"  matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Etiketlər:  Qattuzo Barselona ilə oyun haqda Qorxmamalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ