Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarənin ayaqyolunda çanta tapdı - Açanda GÖRDÜKLƏRİNƏ İNANMADI

Təyyarənin ayaqyolunda çanta tapdı - Açanda GÖRDÜKLƏRİNƏ İNANMADI

Tarix: 24 Fevral 2020 23:36

Rusiyada diqqətçəkən hadisə baş verib.

Milli.Az xəbər verir ki, Tomsk şəhərindən Moskvaya uçan laynerdəki sərnişin ayaqyolunda çanta tapıb. Çantanı açan xanım gözlərinə inanmayıb. Çantanın içi pul ilə dolu olub. Məsələ barədə heyət üzvlərinə məlumat verməyən rusiyalı qadın, təyyarə enən kimi hava limanından ayrılıb. Məlum olub ki, pullar almaniyalı turistlərə məxsusdur.

Onların şikayəti əsasında müşahidə kameralarının qeydlərini nəzərdən keçirən polis, pulları ələ keçirən xanımın kimliyini müəyyən edib. Nəzarətə götürülən qadın, pulları xərclədiyini deyib.

Məhkəmənin qərarına əsasən xanım pulları qaytarmasa həbs ediləcək. (publika.az)

Milli.Az


Etiketlər:  Təyyarənin ayaqyolunda çanta tapdı Açanda GÖRDÜKLƏRİNƏ İNANMADI


RƏYLƏR