Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 00:40
Türkiyə Superliqasında 23-cü tura yekun vurulub.
Qol.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib.
“Kasımpaşa” evdə “Dənizlispor”a qaib gəlib - 2:0. “Rizəspor”un qonağı olan “Başakşəhər” isə çətin qələbə ilə turnir cədvəlində ilk pilləni ələ keçirib. "Trabzonspor", "Qalatasaray" və "Sivasspor" 45 xalllla uyğun olaraq 2, 3 və 4-cü yerləri bölüşür.
24 fevral
"Kasımpaşa" – "Dənizlispor" - 2:0
Qollar: Breçka, 22. Hayradinoviç, 83.
"Rizəspor" – "Başakşəhər" - 1:2
Qollar: A.Umar, 60 – Vişça, 43-pen. Şkrtel, 90+1.