Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Tarix: 25 Fevral 2020 08:04

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyası (CASC) məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, peyklərin buraxılması yerli vaxtla saat 05:07-də Siçuanın cənub-qərb əyalətindəki kosmodromdan "Çançjen-2D" (CZ-2D) raketdaşıyıcısının köməyi ilə reallaşdırılıb.

Bildirək ki, Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, həmçinin Ayın öyrənilməsi üçün texnologiyalar hazırlayaraq milli kosmik proqramı aktiv şəkildə inkişaf etdirir. Bundan başqa, Çin alimləri asteroid və Mars planetinin öyrənilməsi üçün layihə reallaşdırırlar.


Etiketlər:  Çin eksperimental peykini uğurla orbitə çıxarıb


RƏYLƏR