Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 08:34
Maykl Blumberg prezidentlik kampaniyasına artıq 500 milyon dollardan çox pul xərclədi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-da prezidentliyə namizədlərin reklama ödədikləri pulları hesablayan "Advertising Analytics" şirkəti məlumat yayıb.
"Hazırda, Blumberqin reklam üçün mediaya xərclədiyi ümumi vəsaitin miqdarı - 509 512 884 ABŞ dollarıdır", - şirkətin "Twitter" səhifsində bildirilir.
Nyu-Yorkun keçmiş meri, əvvəlcə respublikaçı olan Maykl Blumberq Demokrat Partiyasından prezidentliyə namizəd kimi qeydə alınıb. Onun sərvəti 50 milyard ABŞ dollarından çoxdur və prezidentlik kampaniyasının xərclərini özü qarşılayır. O, indiyədək Ayova, Nyu-Qempşir və Nevada ştatlarında heç bir praymerizə qatılmayıb və 3 martda 14 ştatın sakinlərinin səs verəcəyi praymerizdə iştirakı gözlənilir.