Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 18:10
Yaponiya hökuməti bütün nazirliklərə və dövlət müəssisələrinə işçilərinin evdən işləmələrinə izn verməsi üçün tapşırıq verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa deyib. Onun sözlərinə görə, hakimiyyət bununla koronavirusa yeni yoluxma hallarından qaçmağı planlaşdırır:
"Biz maksimal sayda dövlət işçisini belə iş rejiminə keçiririk ki, metro və qatarlarda insan sayı azalsın".