Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 21:08
TikTok valideynlərə yeni funksiyası olan "ailə təhlükəsizliyi rejimi" ilə uşaqların telefondakı TikTok tətbiqinə nəzarət etmək imkanı verəcəyini açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, TikTok yükləyən valideynlər tətbiqlərini uşaqlarınınkı ilə qarşılaşdıraraq bəzi xüsusiyyətlərə nəzarət edə biləcəklər.
Bu xüsusiyyətlərin arasında "məhdudlaşdırılmış rejim" ilə mesajlaşmanın tamamilə bağlanması da var.
Valideynlər tətbiqi uşaqların telefonundakı TikTok-la eyniləşdirməli və "rəqəmsal təhlükəsizlik" menyusuna girməlidirlər.
Bu prosesin ardınca telefonun ekranda göstərilən QR kodunu digər telefona skan etmək lazımdır.