Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniya və Avropa İttifaqı arasında ticarət danışıqları martın əvvəlində keçiriləcək

Böyük Britaniya və Avropa İttifaqı arasında ticarət danışıqları martın əvvəlində keçiriləcək

Tarix: 26 Fevral 2020 09:08

Avropa İttifaqı (Aİ) nazirləri Böyük Britaniyalı nümayəndələr ilə Brexit sonrası səlahiyyətlərini təsdiqləmək və ticarət danışıqlarına başlamaq üçün görüşəcəklər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Aİ standartlarının gələcəkdə hər hansı bir ticarət sövdələşməsində istinad nöqtəsi kimi xidmət etməsi üçün ittifaqın Ümumi İşlər Şurası tərəfindən təsdiqlənən sənəd, Mişel Barniyer tərəfindən aparılacaq gələcək danışıqlar üçün əsas olacaq.

Yekun razılaşmanın internetdə yayımlanması və cümə axşamı parlamentə təqdim olunması gözlənilir.

Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı arasında ticari danışıqların ilk turu martın 2-də Brüsseldə keçiriləcək.


Etiketlər:  Böyük Britaniya Avropa İttifaqı arasında ticarət danışıqları martın əvvəlində keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ