Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 18:20
Ağdam rayonu ərazisindəki evlərin birindən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki evlərin birindən 27,360 dolları oğurlamaqda şübhəli bilinən İmamqulubəyli kənd sakini, əvvəllər məhkum olunmuş S.Əliyev saxlanılıb.