Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 il əvvəl qətl törədən şəxs saxlanıldı

9 il əvvəl qətl törədən şəxs saxlanıldı

Tarix: 26 Fevral 2020 21:04

Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, 2011-ci ildə Zaqatala şəhər sakini S. Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  əvvəl qətl törədən şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ