Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 07:26
Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Əsas diqqətlər Madirdə yönəlib. Burada "Real" "Mançester Siti"i qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar 4 dəqiqəyə 2 qol vuraraq əzmkar qələbə qazanıb.
Günün digər qarşılaşmasında isə "Yuventus" "Lion"un qonağı olub. Turin klubu səfər matçında minimal hesabla uduzub.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.
26 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qol: İsko, 60 (1:0), Qabriel Jesus, 78 (1:1), De Brüyne, 82-pen. (1:2)
Qırmızı vərəqə: Serxio Ramos, 86 ("Real", birbaşa qırmızı vərəqə)
Baş hakim: Daniele Orsato (İtaliya)
"Santyaqo Bernabeu" stadionu
00:00. "Lion" (Fransa) - "Yuventus" (İtaliya) - 1:0
Qol: Tousart,31
Baş hakim: Jesus Gil Manzano (İspaniya)
"Olimpik Lion" stadionu
25 fevral
"Çelsi" - "Bavariya" - 0:3
"Napoli" - "Barselona" - 1:1
20 fevral
"Atalanta" - "Valensiya" - 4:1
"Tottenhem" - "Leyptsiq" - 0:1
19 fevral
"Atletiko" - "Liverpul" - 1:0
"Borussiya" - PSJ - 2:1