Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“HAPS Alliance” yüksək hündürlükdə əlçatan internetin inkişafı ilə məşğul olacaq

“HAPS Alliance” yüksək hündürlükdə əlçatan internetin inkişafı ilə məşğul olacaq

Tarix: 27 Fevral 2020 07:52

Telekommunikasiya, texnologiya, aviasiya və aerokosmik şirkətlər qrupu "HAPS Alliance" adlı əməkdaşlıq yaradıblar. Onlar internetə çıxışı yaxşılaşdırmaq üçün stratosferdə yüksək hündürlükdə uçan aparatlardan istifadə texnologiyasını işləyib hazırlayacaqlar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən ittifaq, həmçinin hökumətlərin "yüksək hündürlükdə əlçatan interneti" aktiv tətbiq etməsinə nail olmağa çalışacaq, vahid spesifikasiya və standartlarla əməkdaşlıq üçün şərait yaradacaq.

Artıq ittifaq yüksək hündürlükdə genişzolaqlı interneti tətbiq etməyə hazır olan "HAPSMobile SoftBank" şirkəti ilə razılaşma imzalayıb.

Milli.Az


Etiketlər:  HAPS Alliance yüksək hündürlükdə əlçatan internetin inkişafı ilə məşğul olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ