Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 11:12
Azərbaycan-Gürcüstan sərhədində sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Bu barədə Sonxeber.net-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda sərhəddə gediş-gəlişə məhdudiyyət qoyulmayıb: "Hələ ki, bu məsələ ilə bağlı hər hansısa bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan Gürcüstan vətəndaşında aşkarlanıb. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.
Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.
Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.