Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 14:10
Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək sənətçinin Samirə Əfəndi olması barədə iddia ortaya atılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ilk əvvəl məlumatı Türkiyənin "ESC Honey" "Eurovision" səhifəsi yayıb. Qeyd olunub ki, Niderlanddan olan musiqiçilər Azərbaycanı təmsil edəcək mahnını hazırlamaq üçün Bakıya gəliblər. Mahnı ud çalğı alətinin müşayiəti ilə səsləndiriləcək.
Musiqiçilər Tony Cornelissen və Luuk van Beersin Bakıda səsyazma studiyasında azərbaycanlı ud ifaçısı Kənan Tərlanoğlu ilə birlikdə çəkilmiş fotosu da yayılıb.
"ESC Honey" yazır ki, mahnı müəllifləri Samira Əfəndi tərəfindən ifa ediləcək olan əsərin girişi üzərində işləyirlər.
Şayiələr hər iki xarici musiqiçinin Samirə və musiqi prodüseri İsa Məlikovu instaqramda izləməsindən sonra daha da güclənib. Həmçinin S. Əfəndinin sosial şəbəkələrdəki paylaşımlarına təbrik mesajları yazılıb.
Həmçinin məlumatı məşhur "Eurovision" portalı olan "wiwibloggs"da yayıb. İddiaya görə, S. Əfəndi artıq bir neçə dəfə Ukrayna və Niderlanda səfər edib.
Bunlara baxmayaraq, nə adı hallanan Samirə Əfəndi, nə də İctimai TV mövzu barədə açıqlama vermir.