Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qvardiolanın e-mail ünvanına hücum oldu

Qvardiolanın e-mail ünvanına hücum oldu

Tarix: 27 Fevral 2020 14:32

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın komputeri xaker hücumuna məruz qalıb.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin elektron poçt adresi və telefon məlumatları xaker tərəfindən oğurlanıb.

Mançester polisi həmin şəxsi Qvardiolaya aid özəl məlumatları 100 min funt-sterlinqə satmağa çalışarkən saxlayıb.

Nəşr yazıb ki,  xaker "Mançester Siti"nin çalışdırıcısının transfer etmək istədiyi futbolçuları və özəl mesajları ələ keçirib. Xaker 49 yaşlı mütəxəssisin e-mail ünvanını ələ keçirməyin onun indiyə kimi işləri arasında ən asanı olduğunu bildirib.

Polisin sözügedən şəxsin "Mançester Siti"nin sabiq işçilərindən biri olduğunu hesab etdiyi vurğulanıb.

 


Etiketlər:  Qvardiolanın mail ünvanına hücum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ